Sarkisyan təcili iclas çağırdı

Sarkisyan təcili iclas çağırdı
  02 Aprel 2016    Oxunub:3274
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasını bu gün fövqəladə toplantıya çağırıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, toplantıda münaqişə zonasında mövcud vəziyyət müzakirə olunacaq.

Təhlükəsizlik Şurasının iclasında Ermənistanın müdafiə, təhlükəsizlik və daxili işlər nazirləri, baş prokuroru iştirak edəcək.

Xatırladaq ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.

Bundan başqa ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı məsələni müzakirə etmək üçün gələn həftə Vyanada iclas keçirəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti