`ABŞ və Rusiya Qarabağda vəziyyəti tənzimləməlidir`

`ABŞ və Rusiya Qarabağda vəziyyəti tənzimləməlidir`
  02 Aprel 2016    Oxunub:2767
“Rəsmi Moskva və Vaşinqton Dağlıq Qarabağda vəziyyəti tənzimləmək üçün daha çox şey edə bilər”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi olduqca təhlükəli hadisədir: “Birgə səylər üçün çoxlu kəsişmə nöqtələri var. Rusiya və ABŞ uzun illərdir bu məsələdə məhsuldar əməkdaşlıq edir, lakin biz minimum vəzifə kimi, ən azı qan axmaması üçün daha çox iş görə bilərik. Maksimum vəzifə isə bütün tərəfləri qane edəcək siyasi həllə nail olmaqdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti