`Rusiya Qarabağda təxirəsalınmaz addımlar atmalıdır`

`Rusiya Qarabağda təxirəsalınmaz addımlar atmalıdır`
  02 Aprel 2016    Oxunub:4226
“Beynəlxalq qurumlar Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələri dayandırmaq üçün müdaxilə etməlidir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya parlamentinin deputatı Boris Reznik deyib.

Onun sözlərinə görə, Rusiya mövcud gərginliyin aradan qaldırılması üçün təxirəsalınmaz addımlar atmalıdır: “Rusiya kənarda qala bilməz. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməldiir. Düşünürəm ki, münaqişə tərəfləri dərhal atəşi dayandırmalı və təmkin nümayiş etdirməlidir”.

Deputata əlavə edib ki, ATƏT-in Minsk Qrupundan əlavə BMT Təhlükəsizlik şurası və Avropa İttifaqı da gərginliyə reaksiya verməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti