`Cəbhədəki gərginlikdən narahatam` - Mogerini

`Cəbhədəki gərginlikdən narahatam` - Mogerini
  02 Aprel 2016    Oxunub:2589
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini cəbhə xəttində vəziyyətin gərginləşməsinə görə narahat olduğunu bildirib
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, Magerini tərəfləri atəşkəsə əməl etməyə çağırıb:

“Cəbhə xəttində döyüşlər haqqında məlumatlar dərin narahatlıq yaradır. Mən bütün tərəfləri hərbi əməliyyatları təcili şəkildə dayandırmağa və atəşkəsə əməl etməyə çağırıram. Tərəflər təmkinli olmalı və vəziyyətin gərginləşməsinə gətirə biləcək hərəkətlər və bəyanatlardan qaçmalıdırlar”, - deyə Mogerini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı insan ölümü, xüsusilə də dinc sakinlərin ölməsindən təəssüf hissi keçirir.

“Aİ ATƏT-in Minsk qrupunun və üç həmsədrin səylərini tamamilə dəstəkləyir. Biz gözləyirik ki, hər iki tərəf atəşkəsə ciddi riayət edəcək, gücdən istifadə etməyəcək və Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üçün səylərini bərpa edəcəklər”

AzVision.az


Teqlər:  





Xəbər lenti