Nalbandyan qorxuya düşüb

Nalbandyan qorxuya düşüb
  02 Aprel 2016    Oxunub:4389
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan təcili şəkildə Moskva, Avropa İttifaqı və ATƏT ilə Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə edir.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

“Nalbandyan Rusiya XİN rəhbəri Sergey Lavrov, Avropa İttifaqının xüsusi nümayəndəsi Herbert Zalber, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşiklə telefonla söhbətlər aparıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, cəbhədə baş verən güclü atışma zamanı 100-dən çox erməni hərbçi məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti