`18 hərbçi ölüb, 35 nəfər yaralanıb` - Sarkisyan itkiləri gizlətdi

`18 hərbçi ölüb, 35 nəfər yaralanıb` - Sarkisyan itkiləri gizlətdi
  03 Aprel 2016    Oxunub:4335
Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 nəfər yaralanıb.
“İnterfax” xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır", - deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb. Ermənistan prezidenti qeyd edib ki, bu hadisələrin nə ilə nəticlənəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhədəki döyüşlərdə düşmən tərəfi 100-ə yaxın itki verib.

AzVision.az


Teqlər:





Xəbər lenti