Erməni KİV: `Yaralıları daşımağa vertolyot çatışmır`

Erməni KİV: `Yaralıları daşımağa vertolyot çatışmır`
  03 Aprel 2016    Oxunub:8390
Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var”

Erməni jurnalistlər sualla çıxış edirlər: “Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet “siçovulları” ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti