Türkiyə 6 şəhid verdi

Türkiyə 6 şəhid verdi
  03 Aprel 2016    Oxunub:1888
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı bir polis əməkdaşı və 5 əsgər şəhid olub.
Anadolu Agentliyi xəbər verir ki, Nusaybin rayonunda fövqəladə vəziyyətin elan olunmasından sonra terrorçuların tutulması, minaların zərərsizləşdirilməsi, barrikadaların aradan qaldırılması üçün Türkiyə Silahlı Qüvvələri hərbi qulluqçularının və polis əməkdaşlarının martın 14-dən həyata keçirdikləri əməliyyat davam etdirilir.

Fırat məhəlləsində aparılan əməliyyatlarda bir polis əməkdaşı və 5 əsgər həlak olub.

Hazırda Nusaybin rayonunda əməliyyatlar davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti