Ərdoğan ABŞ-ın ən böyük məscidini açdı

Ərdoğan ABŞ-ın ən böyük məscidini açdı
  03 Aprel 2016    Oxunub:2752
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Merilənd ştatında ölkənin ən böyük məscidinin açılışını edib.
Açılış zamanı çıxış edən Ərdoğan məscidin həm də mədəniyyət mərkəzi rolunu oynayacağını deyib.

“Oğlumun təhsil aldığı illərdə bu əraziyə baş çəkmişdim. İndi bu ərazi bir mədəniyyət mərkəzinə çevrildi. Ey Rəbbim, sənə nə qədər həmd etsək də azdır. 3 il əvvəl buranın bünövrəsini qoyduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Osmanlının memarlıq ənənəsinə uyğun inşa edilən bu məscid 750 nəfəri eyni anda qəbul etmək imkanına malikdir. Dünyada və ABŞ-da müsəlmanlara qarşı irqçi çıxışların artdığı bir vaxtda bu mədəniyyət mərkəzinin açılışı böyük önəm daşıyacaq”, - Ərdoğan çıxışında bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti