İran da cəbhədəki olaylara reaksiya verdi

İran da cəbhədəki olaylara reaksiya verdi
  03 Aprel 2016    Oxunub:5222
Tehran Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırır.
İRNA agentliyi xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabir Ənsari deyib.

`Biz hər iki şimal qonşumuzu təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırırıq`, - İran XİN rəsmisi belə deyib. O əlavə edib ki, Dağlıq Qarabağda hərbi toqquşmalar barədə xəbərlər İranındərin narahatlığına səbəb olub.

`Biz Azərbaycan və Ermənistanı toqquşmalara dərhal son qoymağa və sakitliyin bərpasına, fikir ayrılıqlarının sülhün qorunması üzrə qruplar çərçivəsində və BMT-nin bayrağı altında sülh yolu ilə həlli istiqamətində bütün imkanlardan istifadə etməyə çağırırıq`, - İran XİN nümayəndəsi qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti