`ABŞ Qarabağdakı döyüşləri pisləyir` - Con Kerri

`ABŞ Qarabağdakı döyüşləri pisləyir` - Con Kerri
  03 Aprel 2016    Oxunub:2616
`ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasını qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırır`

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri cəbhə xəttindəki vəziyyətə münasibət bildirərkən deyib.

“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, - deyə Kerri qeyd edb.

ABŞ dövlət katibi tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırııb: “Münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”.

AzVision.az




Teqlər:  





Xəbər lenti