`Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır` - Olland

`Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır` - Olland
  03 Aprel 2016    Oxunub:3165
“Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər”.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Fransa prezidenti Fransua Olland bildirib.

Olland cəbhəki olaylara “Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında dinc əhali arasında da itkilərlə nəticələnən ciddi insidentlərdən dərindən təəssüflənirik”, - deyə münasibət bildirib.

Fransa prezidenti, həmçinin bütün tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb: “Danışıqlara alternativ yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərini qəbul etmiş prezident Olland münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasına sadiqliyini təsdiqləyib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti