Belarusun Azərbaycana dəstəyi İrəvanı təşvişə saldı

Belarusun Azərbaycana dəstəyi İrəvanı təşvişə saldı
  04 Aprel 2016    Oxunub:3770
Belarusun İrəvandakı səfiri İqor Nazaruk bu gün Ermənistan XİN-ə çağırılıb.
"Report" erməni KİV-inə istinadən xəbər verir ki, buna Belarus XİN-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bugünkü açıqlaması səbəb olub.

Görüş zamanı Ermənistan tərəfindən Belarus səfirinə bu tip bəyanatın Ermənistan-Belarus münasibətlərinin ruhuna uyğun olmadığı, eləcə də həmin bəyanatda yer alan bəzi məqamlara görə dərin təəssüf hissi keçirildiyi bildirilib.

Qeyd edək ki, Belarus XİN-in açılqlamasında adıçəkilən ölkənin ATƏT-in Minsk Qrupuna üzv ölkə kimi davamlı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi və bunların təmin olunması prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında sülh yolu ilə həllinə tərəfdar çıxdığı öz əksini tapıb.

AzVision.az


Teqlər:





Xəbər lenti