Əliyevin qələbə çıxışı Türkiyə mətbuatında - FOTOLAR
“Sabah”, “Hüriyyət”, “Milliyət” və s. kimi nüfuzlu qəzetlər, o cümlədən Anadolu agentliyi və ölkənin digər aparıcı xəbər agentlikləri Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından ştatlar veriblər.
Türkiyə KİV-ləri Azərbaycanın dövlət başçısına istinadla diqqətə çatdırır ki, işğalçı Ermənistan tərəfi sülh istəmir, iyirmi ildən artıq zaman kəsiyində təcavüzkar tərəf hər dəfə münaqişənin həllinə ümidlər artdıqda cəbhə xəttində təxribatçı hücumlar həyata keçirir.
Məlumatlarda, həmçinin Azərbaycan tərəfinin birtərəfli qayada cəbhə xəttində atəşkəs elan etdiyini, Ermənistan tərəfinin isə atəşkəs çağırışlarına məhəl qoymadığı bildirilir.
Qeyd edək ki, aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Teqlər: