Ermənilər Qarabağdan qaçırlar: `Şuşa bomboşdur...`

Ermənilər Qarabağdan qaçırlar: `Şuşa bomboşdur...`
  04 Aprel 2016    Oxunub:7084
Ermənilər Dağlıq Qarabağdakı yaşayış məntəqlərini tərk edərək qaçırlar.

Bunu erməni jurnalist Şaqen Nazaryan "Komsomolskaya pravda" qəzetinə deyib. Onun sözlərinə görə, Şuşa hazırda bomboşdur, insanlar evlərini tərk ediblər.

"Şuşa şəhəri bomboşdur, qalan camaat evinə çəkilib. Hadrut istiqamətində hələ də gərgin döyüşlər gedir. Orada doğmalarım var. Anam genişmiqyaslı müharibə olacağlı təqdirdə onları oradan çıxarmağa hazırlaşır. Vəziyyət dəyişməsə, uşaqları çıxardıb dəhlizlə Yerevan istiqamətinə aparacqlar".

Erməni jurnalist bildirib ki, dünəndən başlayaraq Qarabağda əhalidən yaralılar üçün qan yığır, rezervistləri toplayırlar.

"Şuşa şəhərində həyat isə demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır, ancaq heç kimi evakusiya etmirlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti