Komandirlər 17 əsgəri qaçarkən güllələyib – Erməni mediası

Komandirlər 17 əsgəri qaçarkən güllələyib – Erməni mediası
  04 Aprel 2016    Oxunub:78995
Azərbaycan Ordusunun cəbhə xəttində ermənilərin təxribatlarına cavab olaraq keçirdiyi miqyaslı hərbi əməliyyatlar təkcə işğal olunmuş ərazilərdəki separatçıların deyil, işğalçı ordunun əsgərlərini də təşviş və vahiməyə salıb.

AzVision.az Ermənistanın haynews.net, saytına istinadla xəbər verir ki, erməni ordusunda fərarilik və demoralizasiya yüksək həddədir. İş o yerə çatıb ki, erməni komandirləri özləri silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələyiblər.

Bu məlumat işğalçı ordunun necə ciddi mənəvi böhran içində olduğunu əyani şəkildə nümayiş etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti