`Minsk qrupu nə işə yarayır?` - Türkiyədən bəyanat

`Minsk qrupu nə işə yarayır?` - Türkiyədən bəyanat
  04 Aprel 2016    Oxunub:2646
“Qarabağ münaqişəsi Azərbaycanın sərhədləri, ərazi bütövlüyü çərçivəsində dərhal həll edilməlidir. Azərbaycanın 7 rayonu Ermənistanın işğalı altındadır. BMT, Avropa Şurası və digər beynəlxaql qurumların qərararları olsa da, heç kim səsini çıxarmır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu Qarabağ probleminin həll edilməməsinə görə Minsk Qrupunu tənqid edib: “Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək istəsə bir həftəyə münaqişə həllini tapar. Münaqişəni həll etmədikləri üçün belə hadisələr baş verir. Biz heç bir zaman qarşıdurmaya can atmadıq, problemin dinc yolla həllini istəyirik. Əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti