Gürcü baş nazir Qarabağ üzrə müşavirə çağırdı

Gürcü baş nazir Qarabağ üzrə müşavirə çağırdı
  04 Aprel 2016    Oxunub:3553
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili xarici işlər, müdafiə, daxili işlər və təhlüksizlik nazirləri, komitə sədrləri, müvafiq qurumlar və parlament komitələri rəhbərləri ilə müşavirə keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, müşavirədə Dağlıq Qarabağdakı son vəziyyətilə bağlı muzakirələr aparılıb.

Əvvəlcə Dağlıq Qarabağda vəziyyətlə bağlı məlumat dinlənilib, sonra G. Kvirikaşvili mülki əhali arasında itkiyə səbəb olan vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası ilə bağlı narahatlığını bildirib.

Baş nazir regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb eden vəziyyətin kəskinləşməməsi istiqamətində beynəlxalq ictimaiyyətin səylərinin müsbət nəticəsinin mümkün olacağina ümid etdiyini ifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti