Neftimizin qiyməti 40 dollardan aşağı düşdü

Neftimizin qiyməti 40 dollardan aşağı düşdü
  04 Aprel 2016    Oxunub:1362
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar azalaraq 36,32 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 38,26 dollar olub.

Azərbaycan nefti olan “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,07 dollar yaxud 5,01% ucuzlaşıb. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,22 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti