İƏT və İSESKO-nun cəbhədəki olaylara reaksiyası

İƏT və İSESKO-nun cəbhədəki olaylara reaksiyası
  04 Aprel 2016    Oxunub:1479
“Ermənistan qoşunları dərhal, qeyd-şərtsiz və tam şəkildə Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.
AzVision.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madanin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etmək lazımdır:

“Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində təmas xəttində gərginliyin artmasından narahatıq. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in müvafiq sənədləri və qərarları əsasında siyasi həllinə nail olmaq üçün beynəlxalq səylərin, xüsusilə ATƏT-in Minsk qrupunun səylərinin artırılması zəruridir”.

Bundan başqa İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri də erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində atəşkəs rejimini pozaraq həyata keçirdiyi hücumları qınayıb:

“ Ermənistan ötən illər ərzində Dağlıq Qarabağda yerləşən bir çox məscid və mədəniyyət abidəsini məhv edib, yüz minlərlə sakini deportasiya edib. Mədəni irsin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatları beynəlxalq hüquqa zidd olan bu əməllərin qarşısının alınması üçün məsələyə müdaxilə etməyə çağırıram”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti