​Putinin təşkilatı Qarabağa dair mövqeyini açıqladı

​Putinin təşkilatı Qarabağa dair mövqeyini açıqladı
  04 Aprel 2016    Oxunub:5993
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Azərbaycan – Ermənistan xəttində yaranan vəziyyəti diqqətlə izləyir”.
AzVision.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT baş katibi Nikolay Bordyuja bildirib.

“Quruma üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi dəfələrlə bəyan edilib. Atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var, hamıya ancaq sülh lazımdır”, - deyə Bordyuja bildirib.

Baş katib daha sonra əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yolla həll edilməlidir.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti