BMT təsdiqlədi: Ermənilər Qarabağdan qaçır, 50 nəfər sığınacaq istəyib
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında qeyd olunub.
Bildirlib ki, Ermənistan və Azərbaycandakı rəsmi mənbələrin yaydığı xəbərə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş atışmada 30 əsgər və 3 dinc sakin həyatını itirib. Mülkü vətəndaşlar və hərbçilər arasında nə qədər yaralı olması barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, yaralıların sayı 200-i ötüb.
İdarənin məlumatına görə, gərginliyin yaşandığı məqamda təxminən 150 min, şiddətli qarşıdurmaların getdiyi ərazilərdə isə 14,4 min insan yaşayır:
“Eyni zamanda BMT-yə münaqişə tərəflərindən humanitar yardım almaq barədə müraciət daxil olmayıb. Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Lakin Ermənistan tərəfindən 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib”.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


