Sarkisyan Gürcüstandan yardım istəyib?

Sarkisyan Gürcüstandan yardım istəyib?
  04 Aprel 2016    Oxunub:4856
Azərbaycan və Ermənistan tərəfi Qarabağda baş verən hadisələr barədə bizi məlumatlandırır.
AzVision.az “Qruziya Online” –a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Qərargahının rəisi Vaxtanq Kapanidzde bildirib.

Kapanidze bildirib ki, Gürcüstanın hər iki münaqişə tərəfləri ilə yaxşı münasibətləri var.

“Çox təəssüflər ki, bir sıra səbəblərlə bağlı problemi sülh yolu ilə həll etmək mümkün olmadı. Bu, bütün region üçün ağrılı prosesdir. Ona görə də biz hadisələri diqqətlə izləyirik. Bizim Azərbaycan və Ermənistandan olan həmkarlarımızla sıx əlaqələrimiz var, hadisələrlə bağlı tam informasiya alırıq”, - deyə Kapanize vurğulayıb.

Gürcüstanın Baş Qərargah rəisi tərəflərin vəziyyəti sülh fazasına keçirə biləcəyi və atəşkəsin əldə oluna biləcəyinə ümid etdiyini bildirib.

Bu arada, Kapanidze Ermənistanın bu ölkədən yardım istəməsi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, münaqişə tərəflərindən hələlik heç kimin Gürcüstandan xahiş etməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti