Ermənilər döyüşə qocaları göndərir - Video

Ermənilər döyüşə qocaları göndərir - Video
  04 Aprel 2016    Oxunub:65903
Ermənistan ordusunda əsgər çatışmır.
AzVision.az xəbər verir ki, artıq cəbhə bölgəsinə 1-ci Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçülər ordu sıralarına çağırılır və cəbhə bölgəsində xidmətə göndərilir. Bunu videogörüntülərdə təsdiq edir.



Bundan başqa Ermənistanda cəbhəyə dəstək üçün xüsusi kampaniya başladılıb. Cəbhəyə tibbi ləvazimat, su konteynerləri, yataq dəstləri, corab, alt paltar, siqaret, çay, konserva göndərilməsi xahiş edilir.

Eyni zamanda Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir. Şahidlər deyir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti