Putin Əliyev və Sarkisyanla telefonla danışmayıb - Peskov

Putin Əliyev və Sarkisyanla telefonla danışmayıb - Peskov
  04 Aprel 2016    Oxunub:3518
Rusiya prezidenti Vladimir Putin Qarabağ bölgəsində yaşanan son durumla bağlı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığı aparmayıb.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik telefon danışığı olmayıb. Bildiyiniz kimi XİN başçıları səviyyəsində intensiv dialoq gedir. Əgər belə əlaqə olarsa, məlumat veriləcək", - deyə Peskov qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti