Sarkisyan geri çəkildi: `Kompromislərə hazırıq`

Sarkisyan geri çəkildi:  `Kompromislərə hazırıq`
  04 Aprel 2016    Oxunub:17579
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüş keçirir.

AzVision.az xəbər verir ki, bu barədə “Twitter” hesabında prezidentin mətbuat xidmətinin rəhbəri Narek Nikosyan məlumat yayıb.

Azərbaycanın cəbhə xəttindəki böyük qələbəsindən təşvişə düşən erməni prezidentin səfirlərlə görüşünün detalları açıqlanmır.

İlkin məlumata görə, görüşdə Dağlıq Qarabağ bölgəsindəki mövcud vəziyyət müzakirə olunur. Sarksiyan görüş zamanı səfirlərə Ermənistanın atəşkəs rejiminin bərpa olunmasını istədiyini bildirib.

“Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırlımasına tərəfdardır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır”,-deyə Sarkisyan geriyə addım atdığını etiraf edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti