`Qarabağda müharibə istəmirik`- Alman deputat

`Qarabağda müharibə istəmirik`- Alman deputat
  04 Aprel 2016    Oxunub:2307
“Biz Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfdən itkilərə gətirə biləcək hərbi yolla həll edilməsinə qarşıyıq”.
AzVision.az xəbər verir ki, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlamasında deyib. Onun sözlərinə görə, rəsmi Berlin problemin diplomatik yolla həllinə tərəfdardır:

“Almaniyanın sədrliyi altında ATƏT çox mühüm rol oynayır və Almaniyanın da iştirak etdiyi Minsk Qrupu diplomatik həll prosesində fəal iştirak etməlidir. Başlıca məqsəd atəşkəsə nail olmaqdır. Minsk Qrupunun cəhdlərinin uzunmüddətli məqsədinə dair heç bir şübhə olmamalıdır. Söhbət Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasından gedir.

Bu məqsəd 1993-cü ildən bəri mövcuddur və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə (882, 853, 874, 884) təsdiq edilmişdir. Sülh və diplomatik həll yoluna dair Ermənistan və Rusiya tərəfindən “münaqişənin dondurulması və gözləmə mövqeyində olması” prinsipini daha qəbul edə bilmərik. Bu prinsip beynəlxalq birlik tərəfindən tənqid hədəfinə çevrilməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti