Almaniya və Rusiya Qarabağ danışıqlarına başlayır

Almaniya və Rusiya Qarabağ danışıqlarına başlayır
  04 Aprel 2016    Oxunub:3684
Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer bu gün rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya XİN rəhbərinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.

“Ştaynmayer bu günün ikinci yarısında Rusiya xarici işlər naziri ilə telefon danışığı həyata keçirəcək. Bizim KİV-dən bildiyimiz kimi Rusiya prezidenti və XİN-i münaqişənin nizamlanmasına qoşulub və hərbi əməliyyatlarının dayandırılması məqsədilə münaqişə tərəfləri əlaqə saxlayıb”, - deyə Şefer bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti