Ermənistanda yaralılara qan çatmır- VİDEO

Ermənistanda yaralılara qan çatmır- VİDEO
  04 Aprel 2016    Oxunub:5085
Yerevanda hemofiliyalı xəstələr adı altında yaralı əsgərlər üçün qan alırlar.

Cəbhə bölgəsində ağır itikilər verən Ermnənistan Silahlı Qüvvələrində qan və qan komponentlərinə tələbat artıb. Hospitalların Qan Bankı bölmələri qana olan təlabatı tam təmin edə bilmir.

Bu barədə AzVision.az erməni mətbuatına istinadla xəbər verir.

Ermənistanın Yolyan adına hemotoloji mərkəzi, qan vermək iqtidarında olan hər kəsi biganə qalmamağa çağırıb. Mərkəz 18-60 yaş arası insanları qəbul etdiyini açıqlayıb.

Odur ki, bu gün səhər saatlarından başlayaraq ermənilər qan vermək üçün xəstəxanalarda növbəyə dayanıblar.

Mərkəzin baş həkimi Smbat Dağbaşyan mediaya verdiyi açıqlamasında bildirib ki, guya qan hemofiliyalı xəstələr üçün toplanılır. Ancaq məqsəd məlumdur. Cəbhədə aprelin birindən başlayan hücumlarına Azərbaycan Silahlı Qüvvələrinin cavabı nəticəsində ağır itkilər verən Ermənistan insanlar arasında mümkün panikanın yaşanmaması üçün bu kimi yalanlara əl atır.

Bu arada, erməni əsgərləri üçün qan verməyə gələnlərin arasında İran vətəndaşları da var. Bunu sizə təqdim etdiyimiz videoda görə bilərsiniz.



Bir müddət əvvəl Azərbaycanın Müdafiə Nazirliyindən verilən açıqlamada bildirildi ki, Silahlı Qüvvələrimizdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir. Ümumiyyətlə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti