Ohanyana göndərilən gizli məktub: `Qarabağ boşalır...`

Ohanyana göndərilən gizli məktub: `Qarabağ boşalır...`
  04 Aprel 2016    Oxunub:8758
Son günlər cəbhədə intensivləşən atışma səbəbindən Kütləvi İnformasiya Vasitələrində Azərbaycanın işğal olunmuş ərazilərində məcburi yerləşdirilimiş ermənilərin evlərini tərk edərək Ermənistan istiqamətində qaçmaları barədə xəbərlər yer alıb.
AzVision.az xəbər verir ki, erməni tərəfinin xəbəri təkzib etməsinə baxmayaraq, sosial şəbəkələrdə qondarma Dağlıq Qarabağın “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana məktubu yayılıb.

Məktubda qeyd olunur ki, “02 aprel 2016-cı il tarixindən başlayaraq təmas xəttində intensivləşən atışma səbəbindən Əsgəran, Ağdarə və Xocəvənd rayonlarının əhalisi yaşayış yerlərini tərk edərək, Ermənistan istiqamətində hərəkət edir.

Əhalinin yaşayış məntəqələrini tərk etmələrinin qarşısını almaq məqsədilə Əsgəran şəhərinin çıxışında postlar quraşdırılıb. Rayonu tərk edən əhali həmin postlarda saxlanılaraq yaşayış yerlərinə qaytarılır.

Həmçinin, hərbi qulluqçular arasında fərarilik halları qeydə alınıb. Həmin hərbi qulluqçular axtarış nəticəsində tutularaq məcburi qaydada təmas xəttindəki mövqelarə geri qaytarılıb.

Bundan başqa əhalinin kəndlərdə qalması üçün profilaktik tədbirlər həyata keçirilir. Verilmiş tapşırığa uyğun olaraq hərbi qulluqçuların mənəvi-ruh yüksəkliyini qaldırmaq məqsədilə müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, son iki gündə təmas xəttində intensivləşən atışma nəticəsində Ermənistan ciddi sarsıntı keçirib. Yüzdən artıq ölü və yaralıların olmasına baxmayaraq bunun ictimaiyyətdən gizlədilməsi etirazlar dalğasının yaranmasına səbəb olub. Atəş altındakı rayonlarda yerləşdirilmiş ermənilər Ermənistan istiqamətində hərəkət edirlər.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti