Rus TV-ləri ermənilik edir: Daha bir təxribat - VİDEO
Bu gün Lifenews daha bir informasiya təxribatı həyata keçirib. Belə ki, kanalın müxbiri Qarabağdakı vəziyyətdən danışarkən bilərəkdən baş verənləri təhrif edib. Hazırlanmış videoçarxda “Vaz 2107” markalı avtomobilin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində vurulduğu bildirilir.
Əslində isə Ermənilərin aprelin 1-dən 2-nə keçən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində həmin avtomobilin yanına mərmi düşüb. Nəticədə, Cəlal Rəhimov həlak olub. Avtomobilin içərisində olan Orxan Rəhimov isə partlayış nəticəsində hər iki ayağını itirib. O, təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılarkən yolda baş verən qəza nəticəsində dünyasını dəyişib.
Müxbir sujetin sonunda qeyd edir ki, Xaqnkəndi artıq boşaldılıb. Şəhərdə bir dənə də olsun mülki şəxs qalmayıb. ( Femida.az )