Co Bayden Əliyev və Sarkisyana zəng etdi

Co Bayden Əliyev və Sarkisyana zəng etdi
  05 Aprel 2016    Oxunub:3386
ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.

AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Co Bayden bu barədə Twitter hesabında qeyd edib.

“Prezidentlər Əliyev və Sarksiyana bildirdim ki, Dağlıq Qarabağda hərtərəfli tənzimləmə onların sabitliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün son dərəcə vacibdir”.

Xatırladaq ki, aprelin 1-də, hərbi əməliyyatların başlaması ərəfəsində Cozef Bayden Vaşinqtonda İlham Əliyevlə və Serj Sərkisyanla danışıqlar aparmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti