Pilotsuz aparatımız erməni könüllülərini məhv etdi

Pilotsuz aparatımız erməni könüllülərini məhv etdi
  05 Aprel 2016    Oxunub:6823
Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün axşam saatlarında erməni könüllülərini cəbhəyə aparan avtobusa zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Zərbələr nəticəsində 6 erməninin öldüyü bildirilir.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan xəbəri təsdiq edib. Bildirib ki, könüllülər arasında ölənlər var. Ovanisyan ölü sayını dəqiq açıqlamayıb.

Erməni KİV-lərin məlumatına görə, Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü “Sünik batalyonu”nun yaraqlıları olub. Avtobusda Ermənistanın iki kənd icma başçısı (“starosta”) da olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti