Güney Azərbaycan ayağa qalxdı - Qarabağa dəstək

Güney Azərbaycan ayağa qalxdı - Qarabağa dəstək
  05 Aprel 2016    Oxunub:9166
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gedən şiddətli döyüşlər Azərbaycanın Güneyində narahatlıqla izlənilir.
Güney Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız Azərbaycan əsgərlərinə həmrəylik nümayiş etdirirlər.

Sosial şəbəkələrdə yayılan məlumata görə, yerli vaxtla saat 22:00-da başlayan nümayiş zamanı güneyli soydaşlarımız "Allahu Əkbər" və "Yaşasın Azərbaycan" şüarları səsləndirirlər.

Qeyd edək ki, bir neçə gün öncə bir sıra Güney Azərbaycan kəndlərinin sakinləri Qarabağla sərhəd ərazilərə, Arazboyuna çıxaraq Quzey Azərbaycana öz dəstəklərini nümayiş etdirmişdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti