Almaniyadan Lavrova zəng - Qarabağı müzakirə etdilər

Almaniyadan Lavrova zəng - Qarabağı müzakirə etdilər
  05 Aprel 2016    Oxunub:3165
Rusiya və Almaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
RİA Novosti xəbər verir ki, bu gün Sergey Lavrovla Frank-Valter Ştanmayer arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Qarabağda gərginliyin azalması ilə bağlı səylərin koordinasiya edilməsi müzakirə olunub.

XİN rəhbərləri hərbi əməliyyatların dərhal dayandırılması və tərəflərin atəşkəs rejiminə əməl etməsi ilə bağlı həmfikir olduqlarını bildiriblər.

Telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti