`Gərginliyi azaltmağa çağırırıq` – Dövlət Departamenti
“Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə də gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini möhkəm dəstəkləyirik. Bildirdiyim kimi, davamlı sülh ölkə liderlərinin siyasi iradəsindən asılıdır. Biz Minsk Qrupu çərçivəsində məhz buna nail olmağa çalışırıq”, deyə M.Toner bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az