Erməni mərmisi İranda evi dağıtdı

Erməni mərmisi İranda evi dağıtdı
  05 Aprel 2016    Oxunub:3652
Ermənistan ordusunun ötən gün atdığı minaatan mərmisi İranın Şərqi Azərbaycan əyalətində evi dağıdıb.

Bu barədə AzVision.az İSNA agentliyinə istinadən xəbər verir.

İranın Şərqi Azərbaycan əyalətinin general-qubernatorunun müavini Səid Şəbüstəri Xiyabani agentliyə bildirib ki, mərminin erməni tərəfinə məxsus olduğu iranlı ekspertlərin araşdırmalarından sonra bəlli olub.

O, həmçinin hadisə nəticəsində xəsarət alanın olmadığını bildirib. Xiyabani İran XİN-nin bu məsələni erməni tərəfi ilə müzakirə edəcəyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti