Məmmədyarov İrana gedir

Məmmədyarov İrana gedir
  05 Aprel 2016    Oxunub:2040
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində məlumat yerləşdirilib.

Görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.

Bundan əlavə, Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti