`Ermənistan Azərbaycan ərazisini tərk etməlidir` – Xələf Xələfov

`Ermənistan Azərbaycan ərazisini tərk etməlidir` – Xələf Xələfov
  05 Aprel 2016    Oxunub:2522
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 44-cü iclasında çıxış edən Xələfov son hadisələrlə bağlı narahatlığını ifadə edib.

Xarici işlər nazirinin müavinin sözlərinə görə, Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə vadar etmək üçün Ermənistana təzyiq etməyə çağırır.

"Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə Xələfov bildirib.

O vurğulayıb ki, təmas xəttində baş verən hadisələrə görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti