Sarkisyan Almaniyaya gedir

Sarkisyan Almaniyaya gedir
  05 Aprel 2016    Oxunub:3568
Aprel ayının 6-da Serj Sarkisyanla Angela Merkel arasında Almaniyada rəsmi görüşün baş tutacağı gözlənilir.

AzVision.az "Bundeskanslerin.de" saytına istadən verdiyi məlumata görə, Berlin şəhərində günorta saatlarında keçiriləcək görüşdə Almaniya-Ermənistan ikitərəfli münasibətləri, eləcə də Dağlıq Qarabağ konflikti ətrafında müzakirələr aparılacaq.

İkitərəfli görüş zamanı, həmçinin Ermənistan Avropa İttifaqı (Aİ) əlaqələri də geniş müzakirə predmeti olacaq.

Yekunda ümumi mətbuat konfransının keçiriləcəyi qeyd olunur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti