Cəbhədə daha üç erməni zabiti öldü - Rəsmi

Cəbhədə daha üç erməni zabiti öldü - Rəsmi
  05 Aprel 2016    Oxunub:5448
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təmas xəttində zərərsizləşdirilən Ermənistan Silahlı Qüvvələrinin daha 3 hərbi qulluqçusunun adı açıqlanıb.
AzVision.az-ın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.

Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti