Medvedyev İrəvana, Lavrov Bakıya gəlir

Medvedyev İrəvana, Lavrov Bakıya gəlir
  05 Aprel 2016    Oxunub:4625
Rusiya baş naziri Dmitri Medvedyev aprelin 7-i İrəvana səfər edəcək.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Rusiyanın baş naziri Avrasiya İqtisadi İttifaqının Şurasının (Aİİ) İrəvanda keçiriləcək hökumət başçıları iclasında iştirak edəcək.

Qeyd edək ki, elə həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Rusiya - İran XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan paytaxtı Bakıya gələcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti