Ermənini vurduğumuz silah: İNFOQRAFİKA+Fotolar+Video

  05 Aprel 2016    Oxunub : 128534
Ermənini vurduğumuz silah: İNFOQRAFİKA+Fotolar+Video

Cəbhədə gedən döyüşlərdə erməni mövqelərinə atış açan silahlarımızdan biri də TOS-1A “Solntsepyok” (Günəş alovu) yaylım atəşi sistemidir. Bu ağır atəş sistemi düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş nöqtələrini sıradan çıxarmaq üçündür. O cümlədən, zirehli texnikanı məhv etməyə də qadirdir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycan Rusiyadan 12 ədəd TOS-1A alıb. Bizdən başqa Qazaxıstan və İraq bu silahdan alıblar. Rusiyanın özündə bu silah 2001-ci ildə ordunun cəbbəxanasına daxil edilib.



AzVision.az xəbər verir ki, TOS-1A daha öncə istehsal olunan və şərti adı “Buratino” olan TOS-1 yaylım atəşi sisteminin təkmilləşdirilmiş formasıdır. Sistem T-72 tankının şassisi üzərində yığılıb. İdarə olunmayan raketlərlə atış açan bu sistem dağlıq ərazilərdə daha effektivdir.

2001-ci ildə “Buratino” modernizasiya olundu və “Günəş alovu” (Solntsepyok) adlanmağa başladı. Yeniləşmiş `TOS-1A` yaylım atəşi sistemi 24 raketi 6 kilometrə qədər məsafəyə ata bilir.



Maşın dayanandan sonra 90 saniyə ərzində atəş açmağa hazır olur. Raketlər tək-tək atılırsa, hər 6 saniyədən, cüt-cüt atılırsa, hər 12 saniyədən bir atəş açmağa qadirdir. Raketlərin çapı 220, uzunluğu isə 3300 millimetrdir. 173 və 217 kiloqram ağırlığında iki variantı var. Termobarik raketlər düşdükləri nöqtədə böyük dağıdıcı təzyiq və temperatur yaratmaqla güclü partlayış törədir.



Atəşin idarə olunması sisteminə optik nişangah, lazer məsafəölçəni daxildir. Onun köməyilə hədəfin yeri 10 metr xəta ilə müəyyən edilir. Bu məlumat avtomatik olaraq bort kompüterinə ötürülür və hədəf nişana alınır. Sistem atəşin dəqiqliyini təmin etmək üçün əlavə yardımçı vasitələrə də malikdir.

Tariyel
İnfoqrafika: Turan Ramazanlı
AzVision.az

Teqlər: