ABŞ-dan Azərbaycana dəstək gəldi – FOTO

ABŞ-dan Azərbaycana dəstək gəldi – FOTO
  05 Aprel 2016    Oxunub:8024
Daha əvvəl Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separatçı rejimin tanınmasına çağıran HR 1580 qətnamə layihəsinin müəllifləri qismində iştirak etmiş ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Pet Qardner və Demetrius Duqlas bu məsələ üzrə Azərbaycanın ABŞ-dakı səfirliyinin etirazına cavab olaraq ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məktub ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

“Corciya ştatının qanunvericiləri məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim edilən informasiyaya görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edirlər və bəyan edirlər ki, məsələni daha dəqiq nəzərdən keçirdikdən, eləcə də ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq barədə öyrəndikdən sonra HR 1580 qətnamə layihəsinə dəstəklərini geri çağırmaq qərarına gəliblər. P.Qardner və D.Duqlas fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyiblər”, - deyə səfirliyin məlumatında bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti