Peskov rus jurnalistlərin Azərbaycandan çıxarılmasından danışdı

 Peskov rus jurnalistlərin Azərbaycandan çıxarılmasından danışdı
  05 Aprel 2016    Oxunub:5791
“Dağlıq Qarabağda hadisələrin inkişafı böyük narahatlıq yaradır”.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu narahatlıq regionun bütün ölkələri tərəfindən, Minsk beşliyində iştirak edən ölkələr tərəfindən tamamilə bölüşülür: “Buna görə də təbii ki, indi çox ciddi səylər göstərilir”.

Dmitri Peskov həmçinin “LifeNews” kanalının çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına da münasibət bildirib:

“ Rusiyanın “LifeNews” telekanalının əməkdaşları Azərbaycandan çıxarılıb. Onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in iddiasına görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb. Redaksiya siyasəti hər hansı bir hərəkətin səbəbi ola bilməz və olmamalıdır. Qanunvericiliyin normalarına riayət etmələri vacibdir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti