Məmmədyarov `CNN`-də cəbhəki döyüşlərdən danışdı

Məmmədyarov `CNN`-də cəbhəki döyüşlərdən danışdı
  05 Aprel 2016    Oxunub:3212
Xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib.
AzVision.az-ın məlumatına görə, nazir cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməlləri haqqında məlumat verib.

Nazir qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir. O yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib. Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti