Azərbaycan, Türkiyə, İran XİN rəhbərlərinin görüşü başladı

 Azərbaycan, Türkiyə, İran XİN rəhbərlərinin görüşü başladı
  05 Aprel 2016    Oxunub:3106
İranın Ramsar şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin IV üçtərəfli görüşü başlayıb.
AzVision.az xəbər verir ki, XİN rəhbərləri əməkdaşlığın inkişaf perspektivləri, eləcə də bir sıra cari regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Qeyd edək ki, daha əvvəl bu formatda görüşlər Urmiya (İran), Ərzurum (Türkiyə) və Naxçıvanda (Azərbaycan) keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti