Tərtərdən qovulan rus jurnalist Ukraynada döyülüb - VİDEO

Tərtərdən qovulan rus jurnalist Ukraynada döyülüb - VİDEO
  05 Aprel 2016    Oxunub:9266
Azərbaycandan deportasiya olunan Rusiyanın "LifeNews" telekanalının xanım əməkdaşı bundan öncə Ukraynada hazırladığı təxribat xarakterli sujetlərə görə ukraynalılar tərəfindən döyülüb.
AzVision.az xəbər verir ki, Kiyevdə aksiyada iştirak edən xanım jurnalist Ukrayna əleyhinə videoreportaj hazırlayarkən aksiya iştirakçıları ona hücum edib.

Öncə onun gözünə gözyaşardıcı qaz sıxırlar. Daha sonra aksiya iştirakçılarından biri onun başında yumurta sındırır. Xanım jurnalisti həmkarları ərazidən uzaqlaşdırmağa nail ola bilir.

Qeyd edək ki, “LifeNews” telekanalının çəkiliş qrupu ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtərdə təxribat xarakterli, yalan məlumatlar hazırlayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mətbuata verdiyi açıqlamaya görə, sözügedən kanalın çəkiliş qrupu artıq ölkədən deportasiya olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da rus jurnalistlərin Azərbaycandan çıxarılmasından danışıb. O, bildirib ki, onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in iddiasına görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb.

Xatırladaq ki, telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti