Minsk qrupundan Qarabağla bağlı Bəyanat

Bəyanatda qeyd olunub:
“ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyir. Toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verir, tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq.
Münaqişənin hərbi yolla həlli yoxdur.
Vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”.
Eldar Tanrıverdiyev
AzVision.az