Erməni təxribatları Gürcüstan mediasında

Həmcinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cəbhədə yaranmış son gərginliklə əlaqədar bəyanati “Adjara P.S.”qəzetində yayımlanıb.
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov “Adjara P.S.”qəzetinə geniş müsahibə verib. Musahibədə,BMT-nin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistan ordusunun cəbhə xəttində Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi təxribatlar pislənilib, erməni silahlı birləşmələrinin atəşkəs prinsiplərinə əməl etməməsi qınanılıb.
Həmçinin, dünya ictimaiyyəti və beynəlxalq qurumlar baş verən hadisələrə biganə qalmamağa, Ermənistan dövlətinin apardığı təcavüzkarlıq siyasətinə son qoymaq üçün tədbirlər görməyə çağırılıb.
Teqlər: